Formula 1

Çempionluqları müqayisə etdi – Hansı daha önəmlidir?

Ötən mövsüm Formula 1-də üçüncü dünya çempionluğunu qazanan “Red Bull” pilotu Maks Ferstappen bu qələbələrin bir-birindən nə ilə fərqləndiyini açıqlayıb.

“2021-ci il çempionatına nəzər saldıqda insanlar həmişə son yarışdan danışırlar, amma məncə, çempionluq bütün mövsüm ərzində qazanılır, elə deyilmi? 2022-ci ildə də eyni şey. Yaponiyada kiçik bir boşluq oldu, çempion olub-olmadığını anlamaq üçün bir neçə dəqiqə daha lazım gəldi. Baxmayaraq ki, mənim üçün bu cür şeylərin heç bir əhəmiyyəti yoxdur.

Mən çıxışlarımı yarışa görə təhlil edirəm, təkcə yarışların özlərini deyil, həm də hazırlığımı necə idarə etdiyimi və ya trasdan kənarda nə etdiyimi təhlil edirəm. Ona görə də hesab edirəm ki, bu mövsüm nəticələr baxımından ən yaxşı mövsümdür. Birincisi ən emosional idi. Orta… indi o, sadəcə orta səviyyədədir”, – “Racingnews365” Ferstappenin sözlərini sitat gətirib.

Aut.az