“Spartak” xilaskar azərbaycanlıya belə təşəkkür etdi – FOTOLAR/VİDEO
“Spartak” “Crocus City Hall”da baş verən terror aktı zamanı 100-dən çox insanın həyatını xilas edən azərbaycanlı İslam Xəlilova jest edib.
Aut.az xəbər verir ki, Moskva klubu azarkeşi olan 15 yaşlı yeniyetməni futbolçularla görüş üçün ev oyunlarını keçirdiyi stadiona dəvət edib.
İslam oyunçular ilə tanış olub. Ona hədiyyələr təqdim edilib. Futbolçularla xatirə şəkili çəkdirib.
Daha sonra komandanın ev oyunlarını keçirdiyi arenanı gəzib.
Qeyd edək ki, “Spartak” hadisə baş verən gün Bakıda olub. Buna səbəb “qırmızı-ağlar”ın “Neftçi” ilə yoldaşlıq oyunu idi. Ancaq sözügedən matç Mosvka klubunun istəyi ilə ləğv edilib. Komanda oyun keçirmədən geri dönüb.
Aut.az

