Dünya futbolu

“İnter Mayami” “Barselona”ya çevrilir

Braziliyalı hücumameyilli yarımmüdafiəçi Filipp Koutinyonun növbəti klubu “İnter Mayami” ola bilər.

Aut.az xəbər veririk, bu barədə AS məlumat yayıb.

Artıq “Barselona”nın 4 sabiq futbolçusunu heyətə cəlb edən “Mayami” 31 yaşlı braziliyalı ilə müqavilə imzalamaqda maraqlıdır.

Koutinyo hazırda Qətərin “Əl-Duhail” klubunda çıxış edir, lakin müqaviləsi “Aston Villa”ya məxsusdur.

Amma Birmingem klubunun baş məşqçisi Unai Emeri futbolçunu komandasında görmür və “Aston Villa” Qətərdəki karyerasında uğursuz dövr keçirdiyi üçün onu başqa kluba icarəyə verməyə hazırdır.

Bu mövsüm Koutinyo “Əl-Duhail”in heyətində 9 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Aut.az