“Barselona”a Kumana qəzəblidir – Bilə-bilə ki…
“Barselona” yarımmüdafiəçi Frenki de Yonqun zədələnməsinə görə Niderland millisinin sabiq baş məşqçisi Ronald Kumana qəzəblənib .
Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məsələ burasındadır ki, Niderland millisindən qayıtdıqdan sonra aparılan tibbi müayinədə yarımmüdafiəçinin dizində ciddi iltihablı zədə olduğu aşkarlanıb. Zədə onun dörd ay oynaya bilməyəcəyini göstərib.
Daha əvvəl isə Niderland millisinin tibb heyəti oyunçunun sağlamlığı barədə “Barselona”nı məlumatlandırıb. Milli komanda oyunçunun heç bir sağlamlıq problemi olmadığını bildirib.
“Barselona ” Kumanın yanaşmasına görə ona qəzəblidir. Klub şübhələnir ki, milli komanda onun zədəsini əvvəlcədən bildiyi halda, de Yonq 1/8 final mərhələsində Mərakeşlə oyunda (1-1, penaltilərdə 2-3) meydana çıxıb.
Kataloniyalılar məşqçinin öz maraqlarını futbolçunun sağlamlığından üstün tutmasına əsəbiləşiblər.
Aut.az
