Dünya futbolu

Xərçənglə mübarizə aparan məşqçi: Ağlamıram

76 yaşlı isveçli məşqçi Sven-Yoran Eriksson mədəaltı vəzi xərçəngi ilə mübarizəsindən danışıb.

Daha əvvəl məlum olmuşdu ki, isveçli xəstəliyin son mərhələsindədir.

“Həkim deyir ki, yaxşı deyiləm, amma özümü yaxşı hiss edirəm. Yəni bilirəm ki, xərçəngdir, sağalmazdır. Onu mümkün qədər dayandırmağa çalışmaq lazımdır. Hamısı budur. Amma yaxşıyam.

Müalicə yaxşı gedir. Təbii ki, eniş-yoxuş var, bəzən şiş bir az artır, bəzən bir az azalır. Bu bir növ mübarizədir, amma mən küncdə oturub ağlamıram, əvvəlki həyatı yaşayıram. Heç nə yoxdur, mən hələ də ayaq üstəyəm.

Bir az şanslıyam ki, insanlar mənə hələ sağ ikən nə qədər yaxşı olduğumu söyləyirlər. Bunu adətən yas mərasimindən sonra deyirlər. Buna görə də mən yaxşıyam, şikayətlənməyin mənası yoxdur”, – deyə Eriksson etiraf edib.

Aut.az