Dünya futbolu

Zidan Fransa millisində? – Prezident cavabladı

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Zinəddin Zidanın Fransa millisinə rəhbərlik edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

“Zidan Fransa futbolunun abidələrindən biridir. Ediləcək ilk şey fransızlar üçün etdiyi hər şeyə görə ona minnətdarlıq bildirməkdir. Bununla belə, artıq 2026-cı ilə qədər vəzifəsində qalacaq məşqçimiz var. Bu, hər şeyi deyir”, – Sport.es Diallodan sitat gətirib.

Xatırladaq ki, Zidanın son iş yeri 2021-ci ilin yayında tərk etdiyi “Real” olub.

Daha əvvəl mətbuatda 52 yaşlı mütəxəssisin Fransa millisindən başqa, “Marsel”lə yanaşı, “Mançester Yunayted”ə də rəhbərlik edə biləcəyi barədə məlumatlar yayılmışdı.

Hazırda Fransa millisinin baş məşqçisi Didye Deşamdır.

Aut.az