Dünya futbolu

Portuqaliya millisində yeni baş məşqçi

“Əl-Nəsr”in keçmiş baş məşqçisi Xorxe Jesus Portuqaliya milli komandasının baş məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti özünün “X” sosial media səhifəsində məlumat yayıb.

Mesajda deyilir: “Bu gün yeni bir səyahətin başlanğıcıdır. Milli komandaya xoş gəlmisiniz, cənab Xorxe Jesus”.

Jesusun Portuqaliya milli komandasına qoşulmazdan əvvəl son iş yeri bu yay ayrıldığı “Əl-Nəsr”olub.

Aut.az