“Beşiktaş” Lukakuya görə bu qədər ödəməyə hazırdır
“Beşiktaş” “Napoli”nin hücumçusu Romelu Lukaku ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Aut.az “Sabah” qəzetinə istindla xəbər verir ki, İstanbul klubu Belçika millisinin 33 yaşlı oyunçusu üçün 5 milyon avro təklif etməyə hazırdır, “Napoli” isə 10 milyon avro tələb edir.
Lukakunun “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Hücumçu 2026-cı il Dünya Kubokunun 5 oyununda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
