Rusiyanın medalı əlindən alındı
Beynəlxalq Skayranninq Federasiyası (ISF) Rusiya yığmasını martın 6-dan 10-dək İtaliyada keçirilən 2024-cü il Qış Dünya Çempionatında qazandığı bürünc medaldan məhrum edib.
Aut.az xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyası məlumat yayıb.
Bu qərar BOK-un terrorizmi dəstəkləyən ölkələrin – Rusiya Federasiyası və Belarus idmançılarından ibarət komandaların beynəlxalq yarışlarda iştirakının qarşısının alınması ilə bağlı tövsiyələri ilə əlaqədar qəbul edilib.
Bu qərardan sonra bürünc medal İspaniyaya verilib. Eyni zamanda neytral statusda çıxış edən rusların fərdi nəticələri dəyişməz qalıb.
Aut.az
