Azərbaycan futbolu

“Qarabağ”ın legionerləri oynadı?

“Qarabağ”da çıxış edən Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının heyətində oyun keçiriblər.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi Belarusa qarşı yoxlama matçında iştirak ediblər.

Qarşılaşma Monteneqronun 2:0 hesabı qələbəsi ilə yekunlaşıb.

Yankoviç və Veşoviç görüşə çıxıb. Yankoviç 66-cı dəqiqədə əvəzlənsə də, Veşoviç sona qədər oynayıb.