Əfsanəvi dünya çempion öldü
Keçmiş niderlandlı kikboksçu və WKA üzrə sabiq dünya çempionu Rob Kaman 63 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu haqda məlumatı onun həyat yoldaşı Karlotta verib.
Kikboksinq karyerası ərzində Kaman 112 döyüş keçirib və bu döyüşlərdə əla göstəriciyə imza atıb: 97 qələbə, 12 məğlubiyyət və bir heç-heçə, iki görüş qeydə alınmayıb.
Ən qəddar və dağıdıcı aşağı zərbə üsullarından bəzilərini istifadə etdiyinə görə onu tez-tez cənab “Low Kick” adlandırırdılar.
O, 1983-cü ilin sentyabrında amerikalı Con Monkeyi üçüncü raundda məğlub edərək dünya çempionu və həm də nüfuzlu WKA titulunu qazanan ilk avropalı olub.
Karyerasını bitirdikdən sonra o, Jan-Klod Van Dammla “Legioner” və “Maksimum Risk” filmlərində, həmçinin Dennis Rodman və Mikki Rurk ilə “İkili komanda” filmində rol alıb.
Onun həyatı həm də 18 aylıq həbs cəzası ilə əlamətdar oldu, o, 1985-ci ildə şəriki ilə Eyndhovendə bankı soymağa cəhd etdiyinə görə həbs olunub.
Aut.az
