Digər

Alisa ona sataşan oğlanı şəhərin mərkəzində nokauta göndərdi – VİDEO

Sankt-Peterburq küçələrinin birində qızla oğlan arasında xoşagəlməz hadisə baş verib.

Aut.az xəbər verir ki, yayılan videodan görünür ki, zəhlətökən pərəstişkarının davranışı xanımın heç də xoşuna gəlməyib. Kişi qıza nə isə izah etmək qərarına gəlib, ancaq dərhal iki yumruqla nokauta göndərilib.

Sonradan məlum olub ki, həmin şəxs KEMPO MMA çempionu Alisa İrinina tərəfindən nokaut edilib. 21 yaşlı idmançı hər şeyin hələ iyun ayında baş verdiyini, lakin videonun yalnız indi sosial şəbəkələrdə göründüyünü deyib.

“Mash”ın dediyinə görə, həmin gün Alisa ad gününü qeyd edirmi. Tədbirə bir kişi çağırılmadan gəlib. Azarkeş qızın qollarından tutmağa başlayıb və özünü nalayiq aparıb. Nəticədə nokautla bitən münaqişə baş verib.

Alisa İrinina 2017-ci ildə Rusiya Uşu Sanda Kubokunu qazanıb və 2020-ci ildə KEMPO MMA üzrə Dünya Çempionatında üçüncü yeri tutub.

Aut.az