İtalyan konkisürən inanılmazı bacardı, amma…
İtaliyalı konkisürən David Qotto Almaniyanın İnzell şəhərində keçirilən beynəlxalq turnirdə tarixi nailiyyət əldə edib.
Aut.az xəbər verir ki, 10 min metr məsafəyə qaçışda 30 yaşlı Qotto 12:26.30 nəticə ilə qalib gəlib. Bu, təkcə yeni dünya rekordu deyil – italyan tarixdə ən uzun məsafəyə 12 dəqiqə 30 saniyədən tez çatan ilk konkisürən oldu. Qotto, həmçinin isveçli Niels van der Poelin 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında müəyyən etdiyi rekordu 4,5 saniyə yaxşılaşdırıb.
Amma bu nailiyyət hələ ki, qeyri-rəsmidir, çünki İnzelldə keçirilən turnir ISU hakimlərinin iştirakı və dopinq nəzarəti olmadan keçirilib. David Qottonun rəsmi dünya rekordu vurmaq üçün növbəti fürsəti 2025-ci ildə Niderlandın Heerenven şəhərindəki “Thialf Oval” meydanında yanvarın 10-dan 12-dək keçiriləcək Avropa çempionatında olacaq.
Aut.az
