Tennis

Ardıcıl 19-cu dəfə məğlub oldu, qəribə reaksiya verdi – VİDEO

Mayamidə (ABŞ) keçirilən WTA 1000 turnirinin 1/64 final mərhələsində tennisçilər Daria Savill və Çjan Şuay üzə gəlib.

Aut.az xəbər verir ki, 2 saat 34 dəqiqə davam edən oyunda Savillin üç setdə qalib gəlib – 6:4, 2:6, 6:4.

Çjan Şuay üçün bu, ardıcıl 19-cu məğlubiyyət olub. O, buna qəribə şəkildə reaksiya verib.

Görüş başa çatdıqdan sonra çinli qadın təəccüblü şəkildə gülümsəyib və kifayət qədər yaxşı əhval-ruhiyyədə Daria ilə əl sıxışıb.