Dünya futbolu

Alves hələ də həbsdədir: Problem nədir?

Braziliya millisinin sabiq futbolçusu Dani Alves girov pulunu ödəmədiyi üçün hələ də həbsdədir.

Aut.az “La Vanguardia”ya istinadən xəbər verir ki, bu isə Daninin ən azı daha 24 saat dəmir barmaqlar arxasında qalması deməkdir.

Alvesin özü həbsdən müvəqqəti azadlığa çıxmaq üçün 1 milyon avro ödəyə bilməz. Çünki məhkəmə zamanı keçmiş futbolçunun müflis məlum olub. Baxmayaraq ki, o, daha sonra əvvəlki iş yerindən 150 min avro ala bilib. Lakin bu, xərcləri ödəməyə kifayət etmir.

Qeyd edək ki, Barselona məhkəməsin braziliyalı veteran futbolçunun  1 milyon avro girov müqabilində azadlığa buraxılmasına razılıq vermişdi.

Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alves Barselonadakı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub və 4,5 illik həbs cəzasına məhkum edilib.