“Yaxşı, sənə göstərəcəm!”
Dünyanın dördüncü tennisçisi Yannik Sinner maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, 22 yaşlı italyan raketka ustası sosial şəbəkələrdə tənqidçilərinə qarşı necə davranmasından danışıb:
“Həmişə razı olmadığınız şeylər olacaq, amma sosial mediada bu tənqidi oxuyanda beynimdə öz-özümə deyirəm: Yaxşı, sənə göstərəcəm!”
Xatırladaq ki, 2023-cü ildə italiyalı ATP turnirlərində ilk Masters də daxil olmaqla dörd titul qazanıb. Həmçinin İtaliya milli komandasının tərkibində əsas Devis Kubokunun qalibi olub. Sinner Peşəkar Tennis Assosiasiyasının (ATP) illik mükafatı olan “İlin tərəqqisi” nominasiyasında qalib olub.
