Digər

UFC əfsanəsinin son durumu açıqlandı

Amerikalı döyüşçü, ağır çəkidə ilk UFC çempionu Mark Kolemanın səhhəti ilə bağlı  açıqlama verilib.

Aut.az xəbər verir ki, UFC əfsanəsinin şüurunun özündə olduğu və əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, 59 yaşlı veteran dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Keçmiş çempionun valideynlərinin evində yanğın baş verib. Mark hər iki valideyni bir-bir evdən çıxararaq xilas edə bilib. O, iti almaq üçün yanan evə gedəndə güclü tüstüdən zəhərlənib.

Bildirilir ki, Koleman indi qohumlarının əhatəsində sağalır.

Aut.az