Olimpiadada medal problemi – VİDEO
Qış Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.
Aut.az xəbər verir ki, almaniyalı biatlonçu Yustus Ştrelovun qazandığı Olimpiya medalı boynundan qoparaq yerə düşüb.
Almaniya yığması İtaliyada keçirilən Olimpiya Oyunlarında qarışıq estafetdə üçüncü yeri tutub. Uğurun qeyd edilməsi zamanı Ştrelov komanda yoldaşları ilə birlikdə sevinərkən bürünc medal lentdən ayrılaraq yerə düşüb.
Bundan sonra Ştrelov medalı götürüb və onu yenidən lentə taxmağa çalışıb.
Qeyd edək ki, isveçli xizəkçi Ebba Anderssonun da gümüş medalı qoparaq qarın üzərinə düşüb.
Aut.az
