BOK-u təhqir edən sabiq prezidentə bu cəza verildi
Ukrayna Velosiped İdmanı Federasiyasının keçmiş prezidenti Aleksandr Başenko Beynəlxalq Velosiped İdmanı Federasiyası (UCI) tərəfindən diskvalifikasiya edilib və cərimə olunub.
Aut.az xəbər verir ki, Komissiya Başenkonun federasiyaya və Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ünvanladığı təhqirlərə görə ona qarşı intizam işi açmışdı.
Başenko bir il müddətinə idmandan kənarlaşdırılıb. O, həmçinin 5 min İsveçrə frankı məbləğində cərimə ödəməli olacaq.
Aut.az
