Digər

Paris-2024: Medal sıralaması

Çin Yay Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir.

Aut.az xəbər verir ki, asiyalılar artıq 11 qızıl medal qazanıblar.

İkinci yerdə ABŞ qərarlaşıb – 9 “qızıl”. Fransa 8 qızıl medalla üçüncüdür.

Ötən gün cudoçu Zelim Kotsoyevin sayəsində 2-ci Olimpiya qızılını qazanan Azərbaycan isə 15-cidir.

Qazanılan medalların sayına görə 2024-cü il Olimpiya Oyunlarının lideri ABŞ-dır – 37 mükafat.

Qeyd edək ki, ümumilikdə 50 ölkə Paris-2024-də medal qazanmağı bacarıb. Onlardan 29-nun aktivində “qızıl” var.