Onun hesabında seks video necə peyda olub?
NFL Şöhrət Zalının üzvü, hazırda ESPN-də köşə yazarı olan Şennon Şarp sosial media hesabında seks videonun görünməsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, tanınmış idman analitiki”Stories”də sirli seksual videonun yayılmasından sonra manşetlərə düşüb. Videoda heç kim görünmür, amma fonda bəzi seksual səslər eşidilir.
Şarp bir müddət bu mövzuda səssiz qalsa da, indi haker hücumuna məruz qaldığını bildirib.
“Diqqət edin, mənim hesabım sındırılıb, komandam və mən bunun üzərində fəal işləyirik”, – deyə Şarp yazıb.
Qeyd edək ki, ESPN ailəyə məxsus televiziya şəbəkəsidir və Şarp artıq şirkət siyasətlərinə əməl etmədiyi üçün tənqid olunub. Keçmiş MBA oyunçusu Pol Pirs daha əvvəl sosial şəbəkədə məclisdə qadınlarla və içki ilə çəkilmiş şəklini yayımladığı üçün eyni şirkət tərəfindən işdən çıxarılmışdı.
Aut.az
