“Bayer”dən “Bavariya”ya qayıdır
“Bayer”in sağ cinah müdafiəçisi Yosip Stanişiç bir illik icarə əsasında bu mövsümün sonunda “Bavariya”ya qayıdacaq.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat verib.
Mənbənin sözlərinə görə, klublar arasında mövcud icarə müqaviləsində 23 yaşlı futbolçunun alınması imkanları nəzərdə tutulmayıb. Həmçinin, icarə müddəti əlavə müddətə uzadıla bilməz. Qeyd olunur ki, “Bavariya” müdafiəyəmeyilli oyunçudan gələn mövsüm istifadə etməkdə maraqlıdır.
Stanişiç 2017-ci ildən “Bavariya” sistemindədir. Bu mövsüm müdafiəçi “Bayer”in heyətində bütün turnirlərdə 23 oyun keçirib və bir qol vurub, üç məhsuldar ötürmə edib.
Futbolçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.
Aut.az
