Dünya futbolu

ŞOK İDDİA: Dani Alves intihar edib?

“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves intihar edib.

Aut.az xəbər verir ki, bu barədə braziliyalı jurnalist Paulo Albuquerque özünün X sosial şəbəkəsində məlumat yayıb. O, Alvesin həbsxanada özünü öldürdüyünü iddia edib.

Qeyd edək ki, jurnalistin 11,7 min abunəçisi var. Eyni zamanda, hazırda əsas Braziliya mediası bu məlumatı şərh etmir.

Xatırladaq ki, ötən ilin yanvarında Alves Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Futbolçu 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəməyə məhkum edilib. İspaniya prokurorluğu Alveşin 4,5 ildən artıq müddətə həbs olunmalı olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırırdı.