Türkiyə

Şahruddin Məhəmmədəliyev oynadı?

Türkiyə Super Liqasında 29-cu turun oyunları davam edir.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “Konyaspor”un qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb

29 turdan sonra 36 xal toplayan “Adana Demirspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.