Anri Kloppun üstünlüyünü göstərdi: Ehtiyatda qalanlara…
“Barselona”, “Arsenal” və Fransa milliainin keçmiş futbolçusu, hazırda televiziya eksperti kimi çalışan Tyerri Anri “Liverpul”un baş məşqçisi Yurgen Kloppun işindən danışıb.
Aut.az xəbər verir ki, Anri alman mütəxəssisin gənclərə önəm verməsini də vurğulayıb.
“Yurgen ehtiyat oyunçular skamyasında oturanlara inanır. Digər Premyer Liqa komandalarına nəzər salsanız, görəcəksiniz ki, ehtiyat oyunçular skamyasında oturanlar kluba qoşulmayacaqlr.
Bəzən Qvardiola heç bir dəyişiklik belə etmir. Klopp ehtiyat oyunçular skamyasında gənclər olsa belə, onlara güvənir”, – Anri “Sky Sports”un efirində bildirib.
“Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlinə 63 xalla başçılıq edir və “Mançester Siti”ni cəmi bir xal qabaqlayır. Premyer Liqanın liderləri arasında görüş bazar günü, martın 10-da baş tutacaq. Komandalar mersisaydlıların ev stadionu olan “Enfild”də oynayacaqlar. Qarşılaşma Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
Aut.az
