İngiltərə

Ən yaxşı seçildi, Premyer Liqanın tarixinə düşdü

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylunn İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki,21 yaşlı futbolçu ötən ay 4 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Hoylunn İngiltərədə ayın ən yaxşı oyunçusu seçilən ilk danimarkalıdır.

Fil Foden (“Mançester Siti”), Joao Qomes (“Vulverhempton”), Paskal Qross (“Brayton”), Rodriqo Muniz (“Fulhem”), Bukayo Saka (“Arsenal”) və Olli Uotkins (“Aston Villa”) də mükafata namizəd olublar.