İngiltərə

Onu tənqid etməyi dayandırın, sözünüzü yeyəcəksiniz: Klopp kimi deyir?

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp hesab edir ki, Florian Virtsi tənqid edənlərin hamısı sonda sözlərini yeməli olacaq.

Virts bu yay “Liverpul”a keçib və klub tarixinin ən bahalı transferi olub. Klubda keçirdiyi 11 oyunda alman yarımmüdafiəçi cəmi bir məhsuldar ötürmə edib.

Aut.az xəbər verir ki, tanınmış jurnalist və insayder Fabritsio  Romano Kloppdan sitat gətirib:

“Florian Virts haqqında yanlış şeylər söyləməyə davam etsəniz, sözlərinizi yeyəcəksiniz. O, inanılmaz dərəcədə istedadlı futbolçudur”.

Aut.az