BOK sədri Rusiyanı ittiham etdi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Rusiya hakimiyyətinin Olimpiya Xartiyasını pozduğunu bildirib.
Aut.az xəbər verir ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Baxı olimpiya ideallarına xəyanət etməkdə ittiham etmişdi.
“Hər gün biz Rusiya hökuməti və rəsmilərinin daha aqressiv bəyanatlarını görürük. Maraqlıdır ki, bu aqressiya 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarından əvvəl, zamanı və ondan sonra antidopinq sisteminin qalmaqallı manipulyasiyasının arxasında duran eyni hakimiyyətdən gəlir.
Rusiya hökumətinin bizi hərəkətə keçməyə məcbur etdi. Onlar Olimpiya Xartiyasının açıq-aşkar pozmaqla bizi buna vadar etdilər”, – “The Guardian” Baxın sözlərindən sitat gətirir.
BOK dekabr ayında Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına fərdi neytral statusda bir sıra meyarlara uyğun olaraq buraxıldığını elan edib. Olimpiadada Rusiyanın rəsmi simvollarının nümayişi qadağan ediləcək.
Bax, İdman Arbitraj Məhkəməsinin (CAS) BOK-un Rusiya və Belarus idmançılarına yanaşmasını dəstəklədiyini söyləyib.
Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.
Aut.az
