Digər

Azərbaycan yığmasının dünya çempionatındakı rəqibləri bəlli oldu

Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub.

Aut.az xəbər verir ki, Rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib. Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan millisi olub. Pakistan ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutub.

Beləliklə, dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.