UFC-ni ittiham etdi: Onu qoruyursunuz
Keçmiş UFC çempionu Yan Blaxoviç yarımorta çəkidə yeni titul döyüşü xəbərini şərh edib.
Aut.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, kəmər sahibi Aleks Pereyra oktyabrda Xəlil Rountriyə qarşı növbəti döyüşünü keçirəcək.
“Xəlilə qarşı heç bir iradım yoxdur, amma reytinqdə daha yüksək olan və kəmər uğrunda mübarizəyə hazır olan ən azı iki iddiaçı var. Pereyranın xüsusi mühafizəyə ehtiyacı yoxdur”, – Blaxoviç sosial şəbəkələrdə yazıb.
Ən yaxşı yarımorta çəkili döyüşçülərin reytinqində Rountri 8-ci yerdədir.
Aut.az
