Digər

Parisdə oğurluqlar davam edir: Bu dəfə onun avtomobilini apardılar

Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsonsun Parisdə Oyunların keçirildiyi ərazilərə yüksək səviyyəli giriş icazəsi olan avtomobili oğurlanıb.

Aut.az “Avropa1”-ə istinadən  xəbər verir ki, Parsonsun avtomobilinin 21-23 avqust tarixləri arasında Parisin yüksək səviyyəli ərazisindəki bir dayanacaqda qaldığı və orijinal akkreditasiyanın başqası ilə dəyişdirildiyi iddia edilir. Oğurluq avqustun 23-də aşkar edilib.

Ümumilikdə, Paralimpiya Oyunları üçün bu səviyyədə 20 buraxılış verilib. Onlar Oyunların keçirildiyi yerlərə baş çəkməyə və nəzarət-buraxılış məntəqələrindən sərbəst keçməyə imkan verir.

Paralimpiya oyunlarının açılış mərasimi avqustun 28-də baş tutacaq.

Aut.az