Digər

Konorun dostu təyyarədə qalmaqal törətdi, həbs edildi – VİDEO

Konor Makqreqorun məşqçisi Con Kavanaqın qohumu olan irlandiyalı MMA döyüşçüsü Sined Kavanaq “Ryanair” şirkətinin Qran Kanariyadan Dublinə uçan təyyarəsində qalmaqal törədib.

Aut.az xəbər verir ki, ispan mətbuatının yazdığına görə, mübahisəli irlandiyalı döyüşçü ilə dostluğu ilə tanınan 39 yaşlı idmançı aqressiv davranışa və polisə müqavimət göstərdiyinə görə həbs edilib.

Bildirilir ki, təyyarə havaya qalxmazdan əvvəl Kavanaq özünü nəzarətsiz aparmağa başlayandan sonra ekipaj hüquq-mühafizə orqanlarına müraciət edib. Pilot iki sərnişini uçuşdan çıxarmaq qərarına gəlib, lakin Sined fəal müqavimət göstərib.

Onun təyyarənin dəhlizində Mülki Mühafizənin iki zabiti ilə boğuşduğunu göstərən video yayılıb.

Aut.az