Digər

Rusiya çempionu itkin düşüb – Dünya səyahətinə çıxmışdı

Yaxta idmanı üzrə Rusiya çempionu Vitali Elaqin 2023-cü ilin oktyabrında başlayan dünya səyahəti zamanı yoxa çıxıb.

Aut.az xəbər verir ki, o, sonuncu dəfə martın 19-da Çili sahilləri yaxınlığından keçən zaman əlaqə saxlayıb. Cənubi Amerika ölkəsinin xilasediciləri artıq rusiyalının axtarışı üçün əməliyyata başlayıblar.

“Sakit Okeanın sahillərindən bir qədər aralıda Viktor Yazıkovun əfsanəvi “Küləyin qızı” yelkənli yaxtası ilə dünya səyahətinə çıxan Vitali Elaqin fəlakətlə üzləşib”,  – səyyah Marina Kloçkova tərəfindən idarə olunan Travel- Family teleqram kanalında bildirilib.

İki gündür ki, Elaqinin özü ilə əlaqə yoxdur, yaxtasının hər iki yelkəni zədələnib və sonuncu əlaqə zamanı idarəetmədə problemlər olduğunu bildirib. RUSARC axtarış-xilasetmə əməliyyatında iştirak edir.

Martın 21-də Çilinin xilasedici təyyarəsi “Külək qızı”nın olduğu ehtimal edilən yerə uçub, lakin heç nə tapmayıb. Yeni uçuşlar planlaşdırılır.

Əlaqəni kəsməzdən bir müddət əvvəl “Külək Qızı” qəfil istiqamətini dəyişib və bir müddət şimal-qərbə doğru hərəkət edib.

Aut.az