DÇ-yə ev sahibliyi etmək istəyən ölkələr bəlli oldu
Beynəlxalq Biatlon İttifaqının (IBU) növbəti konqresində 2028 və 2029-cu illərdə dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşəcək.
Aut.az xəbər verir ki, Konqres sentyabrın 26-dan 29-dək Belqradda (Serbiya) keçiriləcək.
Müsabiqəyə ev sahibliyi etmək üçün üç təklif təqdim edilib: Hochfilzen (Avstriya), Kontiolahti (Finlandiya) və Oslo (Norveç). Yekun qərar 28 sentyabrda elan ediləcək. Bu barədə “Nordic Magazine” məlumat yayıb.
Xatırladaq ki, DÇ 2025-ci ildə Lenzerheide (İsveçrə), 2027-ci ildə isə Otepyada (Estoniya) keçiriləcək. 2026-cı ildə Olimpiya Oyunlarına görə dünya çempionatı keçirilməyəcək. 2026-cı il Olimpiadası İtaliyada keçiriləcək.
Aut.az
