Digər

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.

Aut.az xəbər verir ki,, X.Həsənli 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.

Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.