İtaliyaTürkiyə

Çalhanoğlunun son durumu açıqlandı

“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu Millətlər Liqasında Uelslə matçda (0:0) zədələnib.

30 yaşlı yarımmüdafiəçi fasilədə əvəzlənib.

Aut.az xəbər verir ki, “Sky Spori Italia”nın məlumatına görə, bu səhər futbolçu Türkiyədə tibbi müayinədən keçib və bud əzələsinin qopması ehtimalı istisna edilib. Futbolçu tezliklə Milana qayıdaraq dərin müayinədən keçəcək.

Bu mövsüm Çalhanoğlu “İnter”in 12 matçında iştirak edib və 4 qol vurub.

Aut.az