Ukrayna klubu türk hakimlərin dəyişdirilməsini istəyir: Rusiyaya görə
Ukrayna “Krivbas”ı Konfrans Liqasının seçmə mərhələsinin “Betis”lə oyununun baş hakiminin dəyişdirilməsi tələbi ilə UEFA-ya müraciət edib.
Aut.az xəbər verir ki, oyuna Arda Kardeşlerin rəhbərlik etdiyi türkiyəli hakimlər briqadası təyin olunub. O, mart ayında Moskvada Rusiya və Serbiya yığmaları arasında keçirilən yoldaşlıq oyununda (4:0) hakimlik edib.
“Arda Kardeşlerin Ukrayna futbol klubunun iştirakı ilə keçirilən oyuna cəlb edilməsini qəbuledilməz hesab edirik.
“Krivbas” hazırkı vəziyyətlə bağlı Ukrayna Futbol Assosiasiyası və UAF Hakimlər Komitəsini də məlumatlandırıb. İnanırıq ki, sağlam düşüncə qalib gələcək”, – klubun açıqlamasında deyilir.
Avqustun 22-də Ukrayna klubunun avrokuboklardakı rəqiblərini qəbul etdiyi Slovakiyanın Koşitse şəhərində Konfrans Liqasının pley-off mərhələsində “Krivbas” və “Betis” komandaları arasında ilk oyun keçiriləcək.
Aut.az
