Azərbaycan futbolu

“Karvan” – “Şamaxı” 0:6 – VİDEO

Futbol üzrə Aəzrbaycan I Liqasında XVII tura yekun vurulub.

Aut.az xəbər verir ki, bu gün “Karvan” doğma meydanda “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 33-ə yüksəldən “Şamaxı” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xalı olan “Karvan” isə 5-ci yerdədir.

“Karvan” – “Şamaxı” 0:6
Qollar: 
Səbayıl Bağırov, 13, Bəhruz Teymurov, 26, 90+2 (pen), Cəlal Cabrayılov, 32, Əsgər Ağazadə, 38, Emin Zamanov, 86 (pen)