İtaliya A Seriyasında XXVII turun oyunlarına yekun vurulub.
Aut.az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.
“Latsio” doğma meydanda “Milan”la qarşıılaşıb. Görüş qonaqların qələbəsiylə başa çatıb.
“Udineze” autsayder “Salernitana” ilə heç-heçəyə razılaşıb. “Roma” səfərdə “Montsa”ya qalib gəlib. “Torino” – “Fiorentina” oyununda isə hesab açılmayıb.
“Napoli” “Yuventus”u məğlub edib. “İnter” isə turu qələbə ilə başa vurub.
İtaliya A Seriyası
XXVII tur
1 mart
Latsio – Milan 0:1
Qol: N.Okafor, 88.
2 mart
Udineze – Salernitana 1:1
Qollar: H.Kamara, 45+3 – K.Çaouna, 10
Montsa – Roma 1:4
Qollar: A.Karboni, 87 – L.Pelleqrini, 38, R.Lukaku, 42, P.Dibala, 63, L.Paredes, 82 (pen.)
Torino – Fiorentina 0:0
3 mart
Verona – Sassuolo 1:0
Qol: Sviderski, 79.
Empoli – Kalyari 0:1
Qol: Yankto, 69.
Frozinone – Leççe 1:1
Qollar: Şeddira, 45+2 – Çerofolini, 62-öz qapısına.
Atalanta – Bolonya 1:2
Qollar: Lukman, 28 – Zirkze, 57. Ferquson, 61.
Napoli – Yuventus 2:1
Qollar: Kvaratsxeliya, 42. Raspadori, 88 – Kyeza, 81.
4 mart
İnter – Cenoa 2:1
Qollar: K.Asilani, 30. A.Sançez, 38. – J.Vasgez, 54