Mbappe qəzəblidir: Bu xəbəri kim sızdırıb?
PSJ-nin hücumçusu Kilian Mbappe onun komandanı tərk edəcəyi ilə bağlı məlumatın sızmasını parislilərin özlərinin təşkil etdiyindən şübhələnir.
Aut.az xəbər verir ki, bu barədə “Footmercato L’Équipe” məlumat yayıb.
Mbappe gedişini başqa cür açıqlamaq istəyirmiş, amma klubun sözünün üstündə durmadığı bildirilir.
Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin vacib oyunları başlayan ərəfədə bu məlumatın sızdırılmasını anlamır. Hazırda tərəflər arasında gərginliyin artdığı qeyd edilir.
Xatırladaq ki, Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılacağı və çox güman ki, karyerasını “Real Madrid”də davam etdirəcəyi daha əvvəl xəbər verilmişdi.
Bu mövsüm Mbappe bütün turnirlərdə 33 matçda iştirak edib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
