Məşhur məşqçi futbolçuların qarşısında şalvarını aşağı saldı və dedi…
“Bavariya”nın sabiq hücumçusu Luka Toni Münhen klubunun sabiq baş məşqçisi Lui van Qal haqda fikirlərini bölüşüb .
Aut.az xəbər verir ki, Toni bu haqda “Reddit”ə danışıb.
“O, qorxunc bir xarakterə sahibdir və oyunçulara yanlış münasibət bəsləyir. Niderlandlılardan ibarət yaxın çevrəsindən başqa hamı ilə özünü diktator kimi aparır. Bir gün komandaya dedi: “Sizin mənim kimi “toplarınız” yoxdur” və şalvarını çıxartdı. Amma onun böyük qarnı var idi, ona görə də biz onun “toplarını” görə bilmədik”, – Toni deyib.
Xatırladaq ki, Toni 2007-2010-cu illərdə “Bavariya”nın futbolçusu olub. Bu müddət ərzində o, bütün turnirlərdə 89 matçda iştirak edib, 58 qol vurub, 25 məhsuldar ötürmə edib. Niderlandlı çalışdırıcı 2009-2011-ci illərdə Münhen klubunda baş məşqçi olub.
Aut.az
