İngiltərə

Liqa kubokunu “Liverpul” qazandı

Bu gün, fevralın 25-də İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.

Aut.az xəbər verir ki, həlledici qarşılaşmada “Çelsi” və “Liverpul” üz-üzə gəlib. Oyun Londonun əfsanəvi “Uembli” stadionunda baş tutub.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Əlavə vaxtın son dəqiqələrində isə “Liverpul”un kapitanı Van Deyk həlledici qolu vuraraq, komandasının qələbəsini təmin edib.

İngiltərə Liqa Kuboku.

“Çelsi” – “Liverpul” – 0:1

Qol: Van Deyk (118).