“İnter Mayami”ni niyə seçdiyini açıqladı
“İnter Mayami”nin müdafiəçisi Jordi Alba kluba keçmək qərarının səbəblərini açıqlayıb.
“Mən qələbələrdən yorulmuram. Yarışmağa davam etmək və ən yüksək səviyyədə qalib gəlmək istəyirəm. İlham olmasaydı, bura gəlməzdim.
MLS-də oynamağa başlamaq fürsəti çox cəlbedici idi. Üstəlik, Messi və Busketsin yanında olmaq istəyirdim və indi Luis Suares də gəldi. Bu, məni qərar verməyə inandırdı”, – Albanın sözlərini “CBS Sports” telekanalı sitat gətirib.
Jordi Alba 2023-cü ilin yayında “İnter Mayami”nin futbolçusu olub.
Aut.az
