Formula 1

Məyusdurlar, rəqabət olmayacaq – “Red Bull”un böyük üstünlüyü var

Formula 1-in mövsümöncəsi sınaqlarının ilk günündən sonra bir çox komandaların gözləntiləri doğrulmayıb.

Aut.az xəbər veririk, “Red Bull”un dominant güc olduğu şəksizdir və rəqiblər bundan məyus olublar.

“Keçən il bir çox komanda “Red Bull”un qərarlarını kopyaladı. “Ferrari” bunu etmədi, amma fərq hələ də böyükdür. Ancaq “Red Bull”u kopyalamağın mənası yoxdur – siz həmişə bir addım geridə qalacaqsınız”, – deyə “Ferrari”nin rəhbəri Frederik Vasör bildirib.

“Mercedes”in baş mühəndisi Endryu Şovlin onunla razılaşır: “Mercedes”, “Ferrari”, “McLaren” və “Aston Martin” arasında praktiki olaraq heç bir boşluq yoxdur. Amma “Red Bull” bizdən öndədir, onlar mütləq bir addım öndədirlər”.

2024-cü il mövsümünün ilk mərhələsi fevralın 29-da Bəhreyndə başlayacaq.

Aut.az