O məğlubiyyətdən sonra futbolçuları bu sözlərlə aşağılayıb
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Bundesliqanın 21-ci turunda “Bayer”ə məğlubiyyətdən sonra komandanın futbolçularını biabır edib.
“Bavariya” 0:3 hesabı ilə uduzaraq Bundesliqa turnir cədvəlində rəqibindən 5 xal geri qalıb.
Aut.az xəbər verir ki, “Sky Sport”da çalışan alman aparıcı Rikkardo Basile komandanın sosial dairəsindəki mənbəyə istinadən Tuxelin “Bayer”lə oyundan sonra dediyi sözləri sitat gətirib:
“Siz düşündüyüm qədər yaxşı deyilsiniz, sizin səviyyənizə uyğunlaşmalıyam”.
Aut.az
