“Qarabağ”ın üç futbolçusu rəmzi komandada – FOTO
“Sofascore” portalı Avropa Liqasında pley-off mərhələsinin rəmzi komandasını açıqlayıb.
Aut.az xəbər verir ki, heyətdə “Braqa”nı 4:2 hesabıyla məğlub edən “Qarabağ”dan üç futbolçu yer alıb.
“Atlılar”ın qolkiperi Andrey Lunyov və yarımmüdafiəçilər Marko Yankoviç ilə Abdullah Zubir həftənin komandasına düşüb.
Qapıçı: Andrey Lunyov (“Qarabağ”)
Müdafiəçilər: Teo Hernandes (“Milan”), Kevin Danso (“Lans”), Qonçalo İnasio (“Sportinq”)
Yarımmüdafiəçilər: Marko Yankoviç, Abdullah Zubir (“Qarabağ”), Orkun Kökçü (“Benfika”), Dris Mertens (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”), Anxel Di Mariya (“Benfika”)
Hücumçu: Mauro İkardi (“Qalatasaray”).

