Hər şey o qədər tez baş verib ki, şoka düşüb
Model və eyni zamanda “Əl Əhli”nin futbolçusu Riyad Mahrezin həyat yoldaşı olan Teylor Uord Səudiyyə Ərəbistanına köçmələrindən danışıb.
Aut.az xəbər verir ki, Teylor hər şeyin qəflətən baş verdiyini bildirib.
“Bu, böyük bir şok idi. Riyadın mövsümöncəsi məşq üçün “Siti”yə qayıtmasını planlaşdırırdıq, amma gecə Səudiyyə Ərəbistanına köçdük. Bu o qədər tez oldu ki, hamı ilə vidalaşmağa bir dəqiqə belə vaxtım olmadı.
Səudiyyə Ərəbistanında atmosfer tamam başqadır. Burada daha sakitdir, halbuki Mançesterdə həyat çox məşğuldur – orada çox şey baş verir və biz həmişə şam yeməyinə və dostlarla görüşməyə gedirdik.
Yəqin ki, ən çox darıxdığım şey budur. Burada isə gözəl çimərliklər, mağazalar, restoranlar var. Başqa yerə köçməyə ehtiyac olacağını düşünmürəm. Mən yaxın gələcəkdə Ciddədə olacağam, bu dəqiqdir.
Çox şanslıyam ki, asanlıqla səyahət edə bilirəm və bu mənada məni saxlayan heç bir şey yoxdur. Mən həmişə bununla razılaşdım və dedim: “Bax, mən istəyirəm ki, biz bir ailə kimi qalaq. Futbol karyerası çox qısadır və bundan maksimum yararlanmaq lazımdır”. Hazırda plan bir neçə il Səudiyyə Ərəbistanında qalmaq və bundan həzz almaqdır”, – deyə Uord “Daily Mail”ə bildirib.
Aut.az
