Tanınmış futbolçu oyundan dərhal sonra saxlanıldı
El Salvador millisinin yarımmüdafiəçisi Darvin Soren çıxış etdiyi “Aqila” komandasının oyunundan az sonra həbs edilib.
Aut.az xəbər verir ki, çərşənbə günü klub yerli liqanın 5-ci turu çərçivəsində “İsidro Metapan”ı qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə bitib.
Oyundan sonra meydan sahiblərinin paltardəyişmə otağına daxil olan polis Sereni saxlayıb. Futbolçunun saxlanması ilə bağlı qərarı ölkənin baş prokuroru verib. Yarımmüdafiəçi yerli təcridxanaya aparılıb.
Seren cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb. İnsidentin keçən ilin dekabrında “Aqila” oyunçularının liqanın pley-off finalında “Cokoro” komandası üzərində qələbələrini qeyd etdikləri əyləncə gecəsi zamanı baş verdiyi güman edilir.
34 yaşlı yarımmüdafiəçi tədbirdə iştirak edən qadınlardan birini cinsi əlaqəyə məcbur etdiyi iddia edilir. İndi onu buna görə həbs gözləyir. Klub bu işlə məşğul olmaq üçün artıq vəkillər cəlb edib.
Darvin Seren Salvador milli komandasının tarixinin ən görkəmli oyunçularından biridir. O, uzun müddət kapitan olub. O, həm də milli komanda tarixində ən çox meydana çıxan futbolçudur.
34 yaşlı futbolçu daha əvvəl MLS-də “Orlando Siti”, “San Xose Yerkleyks” və “Hyuston Dinamo”da forma geyinib. Yalnız 2023-cü ildən “Aqila”da çıxış edir.-
