10 illik müqavilə imzalandı
“Formula 1” Britaniya Qran Prisinə ev sahibliyi etmək üçün Silverstoun trasının rəhbərliyi ilə yeni müqavilə imzaladığını elan edib.
Aut.az xəbər verir ki, müqavilə 10 il müddətinə – 2034-cü il mövsümünə qədər nəzərdə tutulub.
Silverstoun əfsanəvi və yarış sürücüləri üçün ən sevimli treklərdən biridir. Bu dövrə 1950-ci ildə ilk F1 Qran Prisinə ev sahibliyi edib.
Qeyd edək ki, “Formula 1” bu yaxınlarda Yaponiyadakı “Suzuka Circuit” ilə müqaviləsini uzadıb.
