İtaliya

Ərəblər 900 milyon avro ilə gəldilər, danışıqlar başladı

Səudiyyə Ərəbistanından olan investorlar İtaliya “Roma”sını  almaq istəyirlər.

Aut.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Mənbənin sözlərinə görə, artıq tərəflər arasında danışıqlar başlayıb, Roma klubunun hüquq departamentinin rəhbəri Ər-Riyaddadır.

Səudiyyəli investorlar klub üçün 900 milyon avro təklif etməyə, həmçinin yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayırmağa hazırdırlar. Bununla belə, arena layihəsi Roma hakimiyyətinin təsdiqini tələb edir.

Qeyd edək ki, “Roma”nın potensial sahiblərindən biri “Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) ola bilər.

Xatırladaq ki, ötən yay romalıların sahibi Dan Fridkin klubu 1 milyard avroya satmaqdan imtina etmişdi.

Aut.az